Rusiyanın axtarışa verdiyi azərbaycanlı Mosulda öldürüldü


Kriminal 06 Fev 2018 12:15:00 294 0

Rusiyanın axtarışa verdiyi azərbaycanlı Mosulda öldürüldü

Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən azərbaycanlının İraqda öldürüldüyü məlum olub.

Son.az xəbər verir ki, bu barədə APA-ya İnterpol xətti ilə axtarışa verilən Anar Muradlının yaxınları məlumat verib.

Yaxınlarının sözlərinə görə, A. Muradlı Rusiyada yaşayıb. Bir neçə il əvvəl radikal dini qruplaşmalara qoşularaq Suriyadakı döyüşlərə qatılıb.

İŞİD-in tərkibində vuruşan A. Muradlı bir müddət Raqqada, daha sonra Mosulda gedən döyüşlərdə iştirak edib. O, İraq hökumət qüvvələrinin Mosula endirdiyi hava zərbələri nəticəsində öldürülüb.