Erməni əsilli ABŞ vətəndaşı 11 nəfəri qətlə yetirməkdə ittiham olunur


Dünya 06 Fev 2018 11:43:00 255 0

Erməni əsilli ABŞ vətəndaşı 11 nəfəri qətlə yetirməkdə ittiham olunur

Los-Anceles şəhərində həbs olunan erməni əsilli ABŞ vətəndaşı Artyom Qasparyan Cinayət Məcəlləsinin 32 maddəsi ilə ittiham olunur.

Son.az report-a istinadən xəbər verir ki, 34 yaşlı A.Qasparyanın təqsirli bilindiyi epizodlardan biri 37 yaşlı Adan Koreanın qətli ilə bağlıdır. 

İttihama görə, o, avtomobillə hərəkət edən A.Koreaya odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Artyom Qasparyan adamları oğurlayaraq 11 qətl törətməkdə, 6 qarətdə, 5 avtomobili atəşə tutmaqda, 2 nəqliyyat vasitəsini qaçırmaqda, adamların üstünə maşın sürməkdə, qanunsuz odlu silah gəzdirməkdə, hücumda və başqa cinayətlərdə ittiham olunur.