Afrində 970 terrorçu məhv edilib


Dünya 06 Fev 2018 11:32:31 268 0

Afrində 970 terrorçu məhv edilib

Əməliyyatın 18-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, həmçinin İŞİD-in 23 terrorçusu zərərsizləşdirilib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 970 terrorçu məhv edilib.

“Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, əməliyyatın 18-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 23 terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytin budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.