"Roma"nın futbolçusu qəzaya düşdü - FOTO


İdman 06 Fev 2018 11:09:00 218 0

"Roma"nın futbolçusu qəzaya düşdü - FOTO

“Roma”nın müdafiəçisi Bruno Peres avtomobil qəzasına düşüb.

Goal.az xəbər verir ki, Peresin idarə etdiyi “Lamborghini” maneəyə çırpılıb. Hadisə səhər saatlarında Romanın mərkəzi küçələrindən birində - Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mənzil-qərargahının yaxınlığında baş verib. Futbolçu idarəetməni itirib və avtomobil maneəyə çırpılıb. Qəza nəticəsində futbolçu xəsarət almasa da, avtomobilə ziddi zərər dəydiyi bildirilir.