"Chelsea"yə vurduğu qolu qeyri-etik şəkildə qeyd etdi - FOTO


İdman 06 Fev 2018 10:32:00 239 0

"Chelsea"yə vurduğu qolu qeyri-etik şəkildə qeyd etdi - FOTO

"Watford" klubunun hücumçusu Troy Dani İngiltərə çempionatının 26-cı turunda "Chelsea"nin qapısına vurduğu qolu qeyri-etik formada qeyd edib.

Goal.az xəbər verir ki, komandanın kapitanı 42-ci dəqiqədə 11 metrlikdən vurduğu qoldan sonra orta barmağını nümayiş etdirib. İngiltərə Futbol Assosiasiyası bu qeyri-etik jestlə bağlı araşdırma apara bilər.

Matça gəldikdə isə, "Watford" "Chelsea"ni 4:1 hesabı ilə darmadağın edib.