Sabiq MTN generallarının məhkəmədə dindirilməsi başa çatdı


Digərləri 06 Fev 2018 10:55:00 248 0

Sabiq MTN generallarının məhkəmədə dindirilməsi başa çatdı

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Son.az APA-ya istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin, zərərçəkmişlərin və şahidlərin dindirilməsi mərhələsi başa çatıb.

Sənədlərin tədqiqi mərhələsinə başlanılıb.

Proses davam etdirilir.