PKKya 19 ölkədən silah göndərilir


Dünya 06 Fev 2018 10:49:26 264 0

PKKya 19 ölkədən silah göndərilir

Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı antiterror əməliyyatları zamanı Türkiyə ordusuna məxsus tank terrorçular tərəfindən vurulub. Tankın vurulması nəticəsində xəsarət alan olmayıb.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, tankın vurulmasından sonra terrorçulara verilən silahlarla bağlı araşdırma aparılıb. Məlum olub ki, terrorçular 19 ölkədən silah alır. Həmin ölkələrin hamısının adları açıqlanmasa da, tank əleyhinə istifadə olunan silahların adları və istehsal olunduğu ölkələr barədə məlumat verilib.

- 9M133 Kornet  (Rusiya istehsalı)

- Milan (Fransa və Almaniyanın birgə istehsalı)

- AT-13 Metis-M (9K115-2) (Rusiya istehsalı)

- TOW (Amerika istehsalı)

- 9K111 Fagot (Rusiya istehsalı)


Xəbərə aid fotolar