Proqnozlar Bürosu: Növbəti iki gündə ölkədə hava şəraiti sabit keçəcək


Sosial 06 Fev 2018 10:20:46 288 0

Proqnozlar Bürosu: Növbəti iki gündə ölkədə hava şəraiti sabit keçəcək

Gülşad Məmmədova: “Bu gün müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən mülayimləşəcək”

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti sabit keçəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bu gün - fevralın 6-da gün ərzində müşahidə olunan güclü şimal-qərb küləyi axşama doğru tədricən mülayimləşəcək: “Növbəti iki gündə ölkə ərazisində mülayim şimal küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, fevralın 7-8-də ölkə ərazisində hava şaraitinin mülayim və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Havanın temperaturu paytaxtda 8-11, Mərkəzi Aran rayonlarında 11-16, dağlıq ərazilərdə 8-13 dərəcə isti təşkil edəcək”.