Bitkoinin qiyməti 6 000 dollara düşüb


İqtisadiyyat 06 Fev 2018 09:51:37 263 0

Bitkoinin qiyməti 6 000 dollara düşüb

Proqnoz: Kriptovalyutaların qiymətində yenidən artım gözlənilir

"Bitcoin"in qiyməti bu gün səhər saatlarında 6 017 dollara qədər geriləyib. "Report" "Binance.com" kriptovalyuta birjasına istinadən xəbər verir ki, bu, 2017-ci ilin oktyabrın 29-dan sonra ən minimal həddir. Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması da 278 mlrd. dollara qədər geriləyib.

Nəticədə, bitkoin tarixi rekord səviyyəsindən 3,3 dəfə və ya 70%, kriptovalyuta bazarının kapitallaşması isə 554 mlrd. dollar və ya 66% ucuzlaşıb.

"Report"un analitik qrupu bu səviyyələrdən kriptovalyutaların bahalaşmağa başlayacağını, 277 mlrd. dollar kapitallaşma səviyyəsindən aşağı endiyi halda isə kriptovalyuta bazarında böhran yaşanacağını, təşviş başlayacağını proqnozlaşdırır.