AŞ PA həmməruzəçiləri Azərbaycana gələcəklər


Siyasət 06 Fev 2018 09:58:00 251 0

AŞ PA həmməruzəçiləri Azərbaycana gələcəklər

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri tezliklə Azərbaycana faktaraşdırıcı səfər etməyi planlaşdırırlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak özünün "Twitter" səhifəsində yazıb.

S.Şennak qeyd edib: "Novruz yaxınlaşır, həmçinin seçkilər və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tarixi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində