Türkiyədə baş verən yol qəzasında 3 nəfər ölüb, bir nəfər yaralanıb


Dünya 06 Fev 2018 09:21:57 257 0

Türkiyədə baş verən yol qəzasında 3 nəfər ölüb, bir nəfər yaralanıb

Hadisə ilə bağlı araşdırma aparılır

Türkiyənin Çorum əyalətinin İskilip rayonunda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, bir nəfər yaralanıb.

“Report” İHA-ya istinadən xəbər verir ki, hadisə fevralın 6-da səhər saatlarında İskilip rayonunun Eskiköy yaşayış məntəqəsi yaxınlığında baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.