İsrail Livanla sərhəddə yeni divar tikir


Dünya 06 Fev 2018 08:53:00 272 0

İsrail Livanla sərhəddə yeni divar tikir

İsrail Livanla sərhəddə divarın yeni bölümünün tikintisinə hazırlaşır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin Livan üzrə koordinatoru Pernil Kardel ilə görüşdən sonra Livan prezidenti Mişel Aun deyib.

M.Aun bildirib: "İsrail "mavi xəttin" (BMT-nin qəbul etdiyi İsrail və Livanın sərhədi) şərq və qərb sektorunda ayırıcı divarın tikintisi üçün isfrastrukturun yaradılması işlərinə başlayıb".

Qeyd edək ki, İsrail Livan ilə sərhəddə beton divarın tikintisinə ilk dəfə 1948-ci ildə başlayıb.