“Alphabet”in illik gəliri 100 milyard dolları ötdü


Digərləri 06 Fev 2018 08:45:00 297 0

“Alphabet”in illik gəliri 100 milyard dolları ötdü

"Google"un daxil olduğu "Alphabet Holding"in 2017-ci ilin dördüncü rübündə gəliri 32,3 milyard dollar təşkil edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, yekun illik gəlir şirkətin 20 illik tarixinin maksimumu olan 110 milyard dollara yaxınlaşıb. 

Gəlirin yüksəlməsi internetdə uğurlu reklam satışları sayəsində baş verib. Qeyri-reklam satışları da 40% artıb.

Qeyd edək ki, "Alphabet"in Direktorlar Şurasının sədri dəyişib. Bu vəzifəyə Erik Şmidtin yerinə Con Hennessi təyin olunub.