"Zeytun budağı": Türkiyənin tankı vurulub


Dünya 06 Fev 2018 08:48:00 267 0

"Zeytun budağı": Türkiyənin tankı vurulub

Davam edən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə Hərbi Qüvvələrinin tankı Afrində döyüş zamanı terrorçular tərəfindən vurulub.

Trend-in məlumatına görə, tankın vurulması nəticəsində xəsarət alan olmayıb. Tanka ciddi zərər dəyməyib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.