Dünyada internet istifadəçilərinin sayı nə qədərdir?


Digərləri 06 Fev 2018 08:11:00 236 0

Dünyada internet istifadəçilərinin sayı nə qədərdir?

"We Are Social" agentliyi və "Hootsuite" platforması qlobal internet auditoriyasının həcminin qiymətləndirildiyi tədqiqatın nəticələrini açıqlayıb.

Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, 2017-ci il ərzində dünyada internet istifadəçilərinin sayında təxminən 7 faiz artım qeydə alınıb. Nəticədə qlobal internet auditoriyasının həcmi 4 milyard nəfəri ötərək 4,021 milyard təşkil edib.

Beləliklə, hazırda Yer kürəsi əhalisinin 53 faizi internetə çıxış imkanına malikdir. Hesabata görə, planet əhalisinin sayı 7,593 milyard nəfərə bərabərdir.

Qeyd olunur ki, internet auditoriyasının genişlənməsi elektron ticarətin sürətli inkişafına xidmət edir. Ötən il internet vasitəsilə istehlak malları sifariş edən istifadəçilərin sayı 1,77 milyard nəfərə çatıb. Bu, 2016-cı ilin göstəricisi ilə müqayisədə 8 faiz çoxdur.