Tayvanda helikopter qəzaya uğrayıb: 6 nəfər itkin düşüb


Dünya 06 Fev 2018 08:03:00 281 0

Tayvanda helikopter qəzaya uğrayıb: 6 nəfər itkin düşüb

Tayvanda helikopter qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində helikopterdə olan 6 nəfər itkin düşüb.

Məlumata əsasən, helikopter Taydun şəhərindən tibbi yardım gğstərmək və tibbi təxliyə həyata keçirmək üçün Lanyun adasına yola düşüb. Adadan geri dönərkən helikopter ilə əlaqə kəsilib.

Helikopterdə iki pilot, bir mexanik, bir həkim, bir xəstə və onu müşayiət edən şəxs olub. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.