İqtisadiyyat Nazirliyinin səlahiyyətləri azaldılıb


İqtisadiyyat 06 Fev 2018 00:08:40 276 0

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri azaldılıb

Aİ ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını QTA verəcək

“Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”na dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunur.

Dəyişikliyə görə, Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Bundan əlavə, “Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında əsasnamə”də edilən dəyişikliyə görə, taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi də İqtisadiyyat Nazirliyindən alınaraq Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.