Üzdəki tükləri tökən MASKA


Digərləri 05 Fev 2018 23:51:00 460 0

Üzdəki tükləri tökən MASKA

Estetik baxımdan olduqca pis bir görünüşə səbəb olan üzdəki tüklər qadınlarda narahatlıqlara səbəb olur. Amma üzdəki istənməyən tüklərdən qurtulmağın təbii üsulları da var. Son.az ailem.az-a istinadən asan yolla bu problemi aradan qaldıracaq reseptləri diqqətinizə çatdırır.

Ləbləbi tozu maskası

Lazım olanlar:

1 yemək qaşığı qaymaq

2 yemək qaşığı ləbləbi tozu 1 çay qaşığı sarıkök 2 çay qaşığı süd

Hazırlanması:

Bütün ləvazimatları bir qabın içərisinə qoyun. Yumşaq bir hal alana qədər qarışdırın. Əldə etdiyiniz qarışımı üzünüzə sürtün və 20 dəqiqə qurumasını gözləyin. Daha sonra ilıq su ilə yuyun. Əgər üzünüzdəki tüklərdən tamamilə qurtulmaq istəyirsinizsə, bu maskanı həftədə 3 dəfə təkrarlamalısınız. Bu maska ilə həm dərinizdəki ölü hüceyrələrdən azad olacaq, həm də toksinləri atmış olacaqsınız. Maska eyni zamanda üzünüzdəki tüklərin və dəri rənginizin də açılmasını təmin edəcək.