Hansı rəng şalvarla hansı ayaqqabı geyinilir? FOTO


Digərləri 05 Fev 2018 23:54:00 417 0

Hansı rəng şalvarla hansı ayaqqabı geyinilir?  FOTO

Bəzən hansı rəng şalvarla necə ayaqqabı geyinəcəyimizi seçmək çətin olur. Seçim çox olduğu üçün nəyi nə ilə kombinləyəcəyimizə qərar verə bilmirik. Son.az ailem.az-a istinadən bununla bağlı faydalı məsləhətlər verir.

Ağ şalvarlar

Ağ dünyəvi rəng olduğundan hər rəngdə ayaqqabı ilə xoş duracaq. Amma ağ şalvarı qara ayaqqabı ilə geyinməyin. Qara əvəzinə yaradıcı rənglər istifadə edin. Məsələn, süd rəngini...

Boz şalvarlar

Boz rəngli şalvarınızı hər hansı bir əsas rəng ayaqqabı ilə rahat şəkildə geyinə bilərsiniz.

Əgər fərqli görünüşlü bir ayaqqabı geyinmək istəyirsinizsə və ayaqqabı ilə nə uyğunlaşdıracağınızla bağlı qərarsızsınızsa, o zaman boz şalvarınızı geyinin.

Qara şalvarlar

Qaranın hər rənglə uyğun olduğunu hər kəs bilir. Amma əslində qara ilə hər şey uyğunlaşmaz. Məsələn: ağ, tünd qəhvəyi, boz ayaqqabılarınızı qara şalvarla kombin  etməməlisiniz. Qara şalvarlarınızla daha parlaq rəngləri seçməlisiniz.

Berj, pudrarəngi şalvarlar

Berj və pudrarəngi şalvar geyindiyinizdə ayaqqabılarınızı açıq və parlaq tonlarda seçməlisiniz. Kəskin bir kontrast yaratmaq üçün qətiyyən qara geyinməyin.


Xəbərə aid fotolar