BU İÇKİ xərçəng xəstəliyi yaradır Müştərilərə XƏBƏRDARLIQ EDİLƏCƏK


Digərləri 05 Fev 2018 23:42:00 280 0

BU İÇKİ xərçəng xəstəliyi yaradır  Müştərilərə XƏBƏRDARLIQ EDİLƏCƏK

ABŞ-da qəhvəxanalar qəhvə içkisinin tərkibində təhlükəli kanserogen maddə olan akrilamidin mövcudluğu haqqında ziyarətçilərə xəbərdarlıq etməyə məcbur edilə bilər.

Son.az xəbər verir ki, bu haqda "Science Alert" nəşri bildirib.

Hazırda belə iddiaya Kaliforniya məhkəməsində baxılır. İddia Zəhərli Maddələrin Öyrənilməsi üzrə Şura tərəfindən qaldırılıb. İddiaçılar təkid edirlər ki, ziyarətçilər qəhvənin potensial təhlükəsi haqqında bilməlidir.