5 dəfə intihar etdi, ölmədi Əzrayılın bacarmadığı məşhurun DƏHŞƏTLİ HƏYATI


Digərləri 05 Fev 2018 23:48:00 367 0

5 dəfə intihar etdi, ölmədi  Əzrayılın bacarmadığı məşhurun DƏHŞƏTLİ HƏYATI

XX əsr yapon ədəbiyyatının ən məşhur simalarından biri Dazay Osamunun adını bəlkə də ilk dəfə eşidirik. Əsl adı Suyudzi Tsusima olan yazıçı 1909-cu ildə Yaponiyanın ən varlı və tanınmış ailələrinin birində 12 uşaqlı ailənin 10-cu övladı kimi dünyaya göz açır.

Son.az bildirir ki, o, hələ kiçik yaşlarından aristokratiyanın sərt qanunlarına, saxta etiket qaydalarına qarşı çıxaraq, hərarətli gülüşü ilə həyata qucaq açırdı. Tsusima ailəsinin birgə çəkdirdikləri bu şəkildə balaca Suyudzini tanımamaq mümkün deyil. Bütün ailənin ciddi görkəm aldığı bu fotoşəkildə yalnız o gülümsəyir. Əslində isə bu təbəssüm tezliklə baş qaldırıb, durmadan püskürəcək vulkanın qığılcımlarıdır.

Kommunist Partiyasına üzv olduğu üçün ailəsinin rədd etdiyi övlad

Osamu düz 17 yaşından etibarən yaradıcılığa qədəm qoyur. İlk hekayələrini də bu dövrdə yazmağa başlayır. Gənc yazarın əsərləri oxucular tərəfindən dərin maraqla qarşılandığı üçün qəzet redaksiyaları onunla əməkdaşlıq etmək üçün sıraya düzülürlər. Osamunun ailəsi onun bu seçiminə qəti etiraz edir. Cəmiyyətdə və siyası aləmdə öz layiqli yerini tutan atası övladını da bu səmtə yönəltmək arzusunda idi. Çılğın gənc isə öz qərarını nə ailəsinə, nə də siyəsətə qurban verib, öz yolunu cızır. Elə həmin il Tokio Universitetinin Fransız ədəbiyyatı ixtisasına qəbul olunur. Marksizmlə dərindən maraqlanan yazıçı Yaponiyada qəti qadağan olunan Kommunist Partiyasına üzv olur. Kommunist yazıçı az keçmir ki, həbsə atılır. Atası sayəsində həbsdən canını qurtarsa da, tezliklə ailəsi ondan imtina edir.

İntihar edib, sağ qalan sehirbaz

Dazay ustadı Akutaqavanın ölümündən sonra uzun müddət özünə gələ bilmir. Təbiətən həssas və küsəyən gənc yazıçı sevimli sələfinin adımını təkrarlamağa cəhd edir. Akutavanın ölümündən bir müddət sonra bir qutu dərman içib, özünə süi-qəsd edir. Xoşbəxtlikdənmi, ya bədbəxtlikdənmi o, niyyətinə çata bilməyib sağ qalır. Tezliklə psixoloji dispanserə yerləşdirilən Dazay içkiyə qurşanıb, vərəm xəstəliyinə yoluxur. Ardınca Hatsuyo adlı geyşa ilə ailə qurur. Xəstəxanada yatdığı müddətdə ailəsi ilə münasibətləri düzələn Osamu geyşa ilə evləndiyi üçün yenidən doğmalarının nifrətinə tuş gəlir.

Ölümün belə sevmədiyi yazıçı


Xəbərə aid fotolar