İctimai nəqliyyatda xanımlara yer vermək şərtdir?


Digərləri 05 Fev 2018 23:24:00 293 0

İctimai nəqliyyatda xanımlara yer vermək şərtdir?

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İctimai nəqliyyatla bağlı çox danışılan mövzulardan biri də yer vermək məsələsidir. Yaşlılara, hamilə və uşaqlı qadınlara yer vermək ictimai nəqliyyatda riayət edilməli etika qaydalarından biridir. Bu həm metroda, həm də avtobuslarda hər gün söz düşən bir mövzudur. Bəzi xanımlar düşünür ki, bəylər onlara mütləq yer verməlidirlər. Digərləri isə özlərinin belə bir üstünlüyü olmadığı fikrindədirlər.

Maraqlıdır, gənclər bu məsələyə necə baxır? İctimai nəqliyyatda xanımlara yer vermək şərtdir?

"Yer vermək məcburiyyətində deyilik"

Nicat Etibar - magistr   Nicat bildirir ki, məsələyə bir neçə aspektdən yanaşmaq olar: "Əgər məsələyə azərbaycanlı kişisi olaraq yanaşırıqsa, hər zaman kişilər xanımlara yer verməlidirlər. Hətta işdə də daha ağır işləri xanımlara yox, bəylərə həvalə edirlər. Bu, ictimai nəqliyyata da öz təsirini göstərir. Bəzilərinə görə, bəylər ictimai nəqliyyatda oturmamalı, qadınlar daha həssas, zərif cinsin nümayəndələri olduqları üçün daim onlara yer verməlidirlər".   Nicatın sözlərinə görə, məsələyə digər aspektdən yanaşsaq, xanımlar daim kişilərlə mübahisə edərək gender bərabərliyinin təmin olunmasına çalışırlar. Lakin yer vermək məsələsində nədənsə bu bərabərlikdə çox da maraqlı deyillər: "Onlar düşünürlər ki, kişilər mütləq yerlərini onlara verməlidirlər. Amma müasir gender bərabərliyindən danışırıqsa, məncə, yer vermək məcburiyyətində deyilik. Yaşlılara, hamilə və uşaqlı xanımlara yer vermək isə tamam başqa məsələdir".   Müsahibimiz başına gələn bir hadisəni bizimlə bölüşür: "Keçən dəfə metroda bir xanıma yer verdim. Növbəti stansiyada yaşlı bir qadın mindi. Lakin mənim yer verdiyim xanım qalxıb həmin qadına yer vermədi. Bu mənə çox pis təsir etdi. Yəni, o yer mənim idi, istəsəm, durmaya bilərdim. Necə ki, o da yaşlı qadına yer verməmişdi. Düşünürəm ki, həm anda xanım durub yaşlı qadına yer verməli idi. Bu artıq nəzakət yox, yaşlılara hörmətin göstəricisidir".

"Yer versələr də olar, verməsələr də"


Xəbərə aid fotolar