Yeniyetmələrdə önəmli dəyişiklik ikincili cinsi əlaməıtlər nədir?


Digərləri 05 Fev 2018 22:28:00 304 0

Yeniyetmələrdə önəmli dəyişiklik  ikincili cinsi əlaməıtlər nədir?

Yeniyetməlikdə meydana gələn dəyişikliklərdən ən önəmlisi ikincili cinsi əlamətlərin yaranmasıdır. Bu əlamətlər isə onlarda ruhi və sosial nəticələrə də səbəb olur. Şübhəsiz ki, yeniyetmələrdə qısa müddət ərzində bədən obrazının sürətli bir dəyişikliyə uğraması ilə əlaqədar qəzalara da çox rast gəlinir.

Son.az medicina.az-a xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-pediatrı, assistent Nigar Sədiyeva dəyişkənlik dövrü olan yeniyetməlikdə ilk dəyişikliklərin bədəndə olduğunu deyir. 

"Boy və kütlənin artması ilə yanaşı ikincili cinsiyyət əlamətləri meydana gəlir. Boy və kütlənin artımı yeniyetməliyin ortasında ən yüksək səviyyədə olur. Bir ildə 7-8 sm-ə qədər boy artımı gözlənilir. Kütlənin də artması ona paralel olaraq sürətlənir. Yeniyetmə birdən-birə özünü yeni bədəndə görür. Yeni bədən obrazını tanıması və ona alışması lazım gəlir. Yeni bədən obrazı - insanın bədəni haqqında sahib olduğu avtomatik bir obrazdır. Məsələn, tanıdığınız bir qapıdan keçərkən başınız dəyməsin deyə, hər dəfə kontrol etmənizə ehtiyac qalmır, bunu avtomatik olaraq bilirik. Eyni şəkildə əzələ gücümüz haqqında da avtomatik obraza sahibik. Lakin yeniyetmələrdə qısa müddət ərzində bədən obrazının sürətli bir dəyişikliyə uğraması ilə əlaqədar qəzalara çox rast gəlinir". 

Yeniyetməlikdə bədəndə meydana gələn dəyişikliklərdən danışan pediatr, bu zaman ikincili cinsi əlamətlərin yaranmasının önəmindən  söz açıb: