Ödəniş qəbzləri var, amma məhkəməlik olublar Bir qrup şəxs aldadıldıqlarını iddia edir VİDEO


Digərləri 05 Fev 2018 21:57:00 248 0

Ödəniş qəbzləri var, amma məhkəməlik olublar  Bir qrup şəxs aldadıldıqlarını iddia edir  VİDEO

Mağazadan mal alıb pulunu ödəsələr də, axırda bankla məhkəməlik oldular.

Son.az bildirir ki, Sumqayıtda yaşayan bir qrup sakin aldadıldıqlarını iddia edirlər.

Məişət avadanlıqları satan şirkət müştərilərinə kampaniya ilə öz məhsullarını təklif edib. Müştərilər satış mərkəzində olan bankın nümayəndəsi ilə müqavilə bağladıqdan sonra müxtəlif əşyalar, cihazlar alıblar. Sakinlər kredit yolu ilə aldıqları məhsullara görə borclarını tam ödəsələr də, bank onları məhkəməyə verib.

Hazırda 15-ə yaxın sakinin kredit borcunu ödədiyinə dair qəbzləri olsa da, bankdan müştərilərin ödəniş etmədiyi bildirilir. Alıcılara bank nümayandəsinin verdiyi qəbzlərə mağaza tərəfindən möhür də vurulub. Satışı həyata keçirən şirkətin meneceri Pərvanə Mansurova müştərilərin haqlı olduğu qənaətindədir.