Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana gəlir


Siyasət 05 Fev 2018 20:32:00 286 0

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana gəlir

Fevralın 6-dan 9-dək Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, səfər çərçivəsində general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyində görüşlər keçirəcək, eləcə də Silahlı Qüvvələrin Hərbi Akademiyasını, Təlim və Tədris Mərkəzini, Baş Klinik Hospitalını ziyarət edəcək.

Görüşlərdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq, regional təhlükəsizlik, o cümlədən hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılacaq.