Stefan Şennak: "Tezliklə Azərbaycana səfər edəcəyik"


Siyasət 05 Fev 2018 19:24:00 292 0

Stefan Şennak: "Tezliklə Azərbaycana səfər edəcəyik"

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri tezliklə Azərbaycana faktaraşdırıcı səfər edəcəklər.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak özünün "twitter" səhifəsində yazıb.

"Novruz bayramı gəlir, həmçinin seçkilər və Azərbaycanın müstəqilliyinin 100 illiyi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik", - deyə o qeyd edib.