Brilliantdan Aygünlə bağlı qalmaqallı açıqlama: "Arxamca süpürəsüpürə gəlməlidirlər"


Şou-biznes 05 Fev 2018 18:12:00 231 0

Brilliantdan Aygünlə bağlı qalmaqallı açıqlama: "Arxamca süpürəsüpürə gəlməlidirlər"

Xalq artisti Brilliant Dadaşova illər sonra küsülü olduğu Aygün Kazımova haqda sualları cavablandırıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, türkiyəli ifaçı Ajda Pekkanın konsertində və yerli dərginin 5 yaşı münasibətilə keçirilən partidə üz-üzə gələn müğənnilərin barışdığı zənn edilmişdi.

Amma B.Dadaşova "Xəzər maqazin"ə açıqlamasında bu görüntülərin süni olduğunu, barışmadıqlarını deyib:

Jurnalının heyəti xahiş etdi ki, mən orada mahnı oxuyum. Gecədə Ajda Pekkanın musiqiçiləri alətlərini açdı. Zülfiyyə Xanbabayeva dedi ki, sənin qədər türk mahnısını bilən və canlı oxuya biləcək kimsə yoxdur, dur oxu. Düşündüm ki, türklər oradadır və mən "Yaşa Azərbaycan" oxuyum. Mənim ideyalarım göydə qapılır, buna alışmışam. Arxamca süpürə-süpürə gəlməlidirlər. Sözümü kəsmək istəyənlər var idi, buna əhəmiyyət vermədim. Mən saxtakarlığı sevmirəm".

Dadaşova heç vaxt küsülü olduğu həmkarı ilə duet oxumayacağını bildirib: