Qəbələ "İslam dünyasının turizm paytaxtı" ola bilər


Digərləri 05 Fev 2018 18:18:00 228 0

Qəbələ "İslam dünyasının turizm paytaxtı" ola bilər

Qəbələ şəhəri "İslam dünyasının turizm paytaxtı" adına namizəddir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İslam Əməkdaşlıq Təşkilatından (İƏT) məlumat verilib.

Məlumatda qeyd olunur ki, İƏT-ə üzv ölkələrin turizm nazirlərinin X konfransının yekunlarına əsasən, 2019 və 2020-ci illərin "İslam dünyasının turizm paytaxtları" seçiləcək.

Bu ad uğrunda namizədlər arasında Qəbələ ilə yanaşı, Dəkkə (Banqladeş), Paraku (Benin) və Aqades (Niger) şəhərləri də yer alıb.