Azərbaycan məhsulları “Prodexpo 2018” sərgisində nümayiş olunur


Digərləri 05 Fev 2018 17:54:00 243 0

Azərbaycan məhsulları “Prodexpo 2018” sərgisində nümayiş olunur

Moskvada “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayıb.

Bakı. Bu gün Rusiyanın paytaxtı Moskvada “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayıb. Fevralın 9-dək davam edəcək sərgidə dünyanın 65 ölkəsindən 2000-dən çox şirkətin məhsulları nümayiş olunur. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, sərginin Azərbaycana aid pavilyonunda ölkəmizdə istehsal edilən meyvə şirələri, müxtəlif növ şərablar və təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar vahid ölkə stendi ilə “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisinin ziyarətçilərinə təqdim edilir.