Elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsi genişləndiriləcək


Sosial 05 Fev 2018 17:30:36 300 0

Elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsi genişləndiriləcək

Bu barədə təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov əmr imzalayıb

2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsi genişləndiriləcək.

“Report”un məlumatına görə, bu barədə təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.

Əmrlə I sinfə elektron ərizə qəbulu prosesinin səmərəli və əlaqələndirilmiş şəkildə aparılmasını təmin etmək məqsədilə aşağıdakı heyətdə İşçi Qrup yaradılıb:

İlqar Mahmudov – Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri, sədr;

Cəsarət Valehov – İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, üzv;

Orxan Abasov – Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini, üzv;

Yaşar Zeynalov – İnformasiya şöbəsinin Dəftərxana sektorunun böyük məsləhətçisi, üzv

Məhəbbət Vəliyeva – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, üzv;

Zakir Hüseynov – Gəncə Şəhər Təhsil İdarəsinin müdiri, üzv;

Nizami Namazov – Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, üzv;

Nazilə Məmmədova – Abşeron Rayon Təhsil Şöbəsinin müdiri, üzv.

Əmrdə qeyd olunub ki, I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı şəhəri və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələri üzrə fevralın 22-dən, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-dən başlanılacaq.

Əmrin icrasına nəzarəti Ceyhun Bayramov özü edəcək.