Tanınmış jurnalist "İnterfaksAzərbaycan"ın baş direktoru oldu


Digərləri 05 Fev 2018 16:28:00 230 0

Tanınmış jurnalist "İnterfaksAzərbaycan"ın baş direktoru oldu

Son.az xəbər verir ki, Anar Əzizov "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinə yeni baş direktor təyin olunub.

Qeyd edək ki, A.Əzizovun karyerasının təxminən 15 ili məhz "İnterfaks-Azərbaycan"la bağlıdır. O, 2003-cü ildən eyniadlı agentlikdə çalışır, 2015-ci ildən bu günədək isə həmin media qurumunda baş redaktor olub.

Xatırladaq ki, 2017-ci ilin dekabrın 21-də "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyinin sabiq rəhbəri Aleksandr İvanov 67 yaşında vəfat etdiyindən bu vəzifə boş qalmışdı.