UEFA Serbiya klubunun apellyasiya müraciətinə müsbət cavab verib


İdman 05 Fev 2018 15:55:00 278 0

UEFA Serbiya klubunun apellyasiya müraciətinə müsbət cavab verib

UEFA Serbiyanın "Crvena Zvezda" klubunun apellyasiya müraciətini təmin edib. Goal.az xəbər verir ki, Belqrad klubu Avropa Liqasının 1/16 final mərhələsində "Lokomotiv"ə qarşı oyunda boş tribunalara önündə oynamayacaq. "Rayko Mitic" stadionuna azarkeşlərin girişinə icazə veriləcək.

İntizam Komitəsi "Crvena Zvezda"nı azarkeşlərinin serb general Ratko Mladiçə dəstək verməsinə görə cəzalandırmışdı. Bu, BATE ilə Avroliqa matçında baş vermişdi.

Ratko Mladiç Yuqoslaviyanın süqut etdiyi illərdə Xorvatiya və Bosniyada qətliam törətməkdə ittiham olunurdu. 2017-ci ilin noyabrnda Haaqa Tribunalı hərbi cinayətlərinə görə onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarmışdı.