Yaponiyada helikopterin qəzaya uğraması nəticəsində iki pilot ölüb


Dünya 05 Fev 2018 15:04:10 264 0

Yaponiyada helikopterin qəzaya uğraması nəticəsində iki pilot ölüb

Helikopter yerə düşdükdən sonra yanıb

Yaponiya Özünümüdafiə Hava Qüvvələrinə məxsus helikopter Saqa prefekturasında məktəb binasının yaxınlığında qəzaya uğrayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə prefekturanın Kandzaki şəhərində baş verib.

Qəza nəticəsində 2 pilot ölüb. Helikopter yerə düşdükdən sonra yanıb. 

Hadisənin səbəbi araşdırılır.