“Səssiz ölüm”dən necə yaxa qurtarmaq olar?


Digərləri 05 Fev 2018 15:04:00 261 0

“Səssiz ölüm”dən necə yaxa qurtarmaq olar?

Ìşinə məsuliyyətsizlik, insanların həm işdə həm də şəxsi həyatında ehtiyatı əldən verməyi, ani bir diqqətsizlik bəzən insan həyatı üçün ciddi təhlükə yarada bilər.

Dövlət və özəl müəssisələrdə işə götürənlər tərəfindən təhlükəsiz əmək şəraiti yaratmaqla insanların təhükəsiz işləmələri təmin edillir (Bunu etməyərək, qanunun tələblərini pozanlar da yox deyil).

Lakin işdən kənar şəxsi həyatda biz öz təhlükəsizliyimizi qorumaq üçün zəruri olan qayda - qanunlara əməl etməliyik. Necə ki nəqliyyatın hərəkət etdiyi yolla piyada getmək, qoruyucu çəpəri olmayan təmir - tikinti gedən binanın altından keçmək, istifadə müddəti keçmiş qida məhsulunu yemək, yayda dənizə çimməyə spirtli içki qəbul edib getmək insan həyatı üçün təhlükəli ola bilər, eləcə də qaz qoxusu gələn otağın işığını yandırmaq çox təhlükəli olduğunu bilmək lazımdır.

Son.az xəbər verir ki, təhlükəsizlik sahəsi üzrə mütəxəssis Elmar Nurəliyev PressClub.Az-a deyir ki, yalnız işığı yandırmamaqla iş bitmir.