Adanada Cahangir Novruzovun yeni tamaşasının premyerası olub (FOTO)


Digərləri 05 Fev 2018 15:07:00 239 0

Adanada Cahangir Novruzovun yeni tamaşasının premyerası olub (FOTO)

Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib.

Bakı. Uzun illərdir Türkiyənin Adana şəhərində yaşayan Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yunan yazıçı Yakovos Kambanellisin “Möcüzələr həyəti” (“Harikalar Avlusu”) adlı tamaşaya baxış Adana Böyükşəhər Bələdiyyə Teatrının səhnəsində gerçəkləşib. Premyerada Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının Baş rejissoru və “Altın Koza” Film Festivalının Baş direktoru İsmail Dikilitaş, eləcə də yüzlərlə sənətsevər iştirak edib.