Bölgələrdəki bütün ASAN-xidmətlər vasitəsi ilə işıq çəkdirmək mümkün olacaq


Digərləri 05 Fev 2018 14:47:50 206 0

Bölgələrdəki bütün ASAN-xidmətlər vasitəsi ilə işıq çəkdirmək mümkün olacaq

Artıq əhali abonentlər bölgələrdəki bütün ASAN-xidmətlərlər vasitəsi ilə evinə, bağına və ya həyətinə işıq çəkdirə biləcək.

Bakı. Artıq əhali abonentlər bölgələrdəki bütün ASAN-xidmətlərlər vasitəsi ilə evinə, bağına və ya həyətinə işıq çəkdirə biləcək. “Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, qurumun “ASAN” xidmət vasitəsi ilə həyata keçirdiyi xidmətlərin əhatəsi bir qədər də genişləndirilib. Səhmdar Cəmiyyətin “ASAN” xidmət vasitəsi ilə həyata keçirdiyi 10 xidmət arasında əsas yeri və “Doing bisness”in tələblərinə uyğun olaraq xüsusi çəkisi olan “istehlakçıların elektrik təchizatı şəbəkəsinə qoşulması” və ya texniki şərtlərin verilməsi adılandırılan xidmət artıq bütün ölkə üzrə təmin edilməkdədir. Əgər indiyədək əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması Bakı, Sumqayıt, Quba “ASAN” xidmət və “ASAN” kommunalları vasitəsi ilə həyata keçirilirdisə, indi Gənçə, Sabirabad, Bərdə, Qəbələ və Massallı rayonlarında fəaliyyət göstərən bütün “ASAN” xidmət və “ASAN” kommunal vasitəsi ilə bölgələrdəki insanlar evinə, bağına, yaxud həyətinə işıq çəkdirə biləcəklər.