"İşləyirdim, anamın bundan xəbəri yox idi"


Digərləri 05 Fev 2018 14:36:00 233 0

"İşləyirdim, anamın bundan xəbəri yox idi"

Dünən "Evdəkilərə salam" verilişinin qonağı olduğu məşhur Sevda Sanəliyeva olub.

Son.az xəbər verir ki, Sevda verilişdə ailəsindən və işləməyə məcbur qaldığı günlərdən danışıb:

"Ailədə bir qardaş, bir bacı olmuşuq. Sadəcə, qardaşım 16 yaşına qədər atam ilə yaşayıb. Qardaşımın 16 yaşı tamam olandan sonra özü öz qərarını verdi və gəldi yanımıza, bir yerdə yaşadıq. Çox ciddi rejimdə böyümüşəm. Sadəcə, anam xəstələndi, yatağa düşdü. Dura bilmədi aylarla, illərlə. Ondan sonra mən məcburiyyətdən işlədim və bunu anamdan bir müddət gizlətdim". 


Xəbərə aid fotolar