KİV: ABŞ qoşunlarını İraqdan çıxarmağa başlayıb


Dünya 05 Fev 2018 14:23:44 260 0

KİV: ABŞ qoşunlarını İraqdan çıxarmağa başlayıb

Həmin silahlar və şəxsi heyət Əfqanıstana göndərməyə başlayıblar

 ABŞ qoşunlarını İraqdan çıxarmağa başlayıb.

“Report” “Associated press”ə istinadən xəbər verir ki, ABŞ üçün İraqa muzdlu hərbçi göndərən şirkətlər terror qruplaşması İŞİD-in məğlub edilməsindən sonra şəxsi heyəti və silahlarını Əfqanıstana göndərməyə başlayıblar.

İnformasiyaya görə, ötən həftə çoxlu sayda ABŞ hərbçisi İraqdan çıxarılıb.

Vaşinqton rəsmiləri və şirkət təmsilçiləri İraqdan çıxarılan hərbçilərin sayı barədə məlumat verməyib. Hətta rəsmilər ABŞ-ın İraqdakı qoşunlarının çıxarılması prosesinin hələ başlamadığını da vurğulayıblar.