Xəstə qızını söyən şəxsi güllələyib öldürdü TƏFƏRRÜAT


Kriminal 05 Fev 2018 14:23:00 276 0

Xəstə qızını söyən şəxsi güllələyib öldürdü  TƏFƏRRÜAT

Xaçmaz rayonunda törədilmiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Son.az lent.az-a istinadən xəbər verir ki, rayonun Çarxı kənd sakini, 1973-cü il təvəllüdlü Hidayətov Ehtiram Əliyar oğlu həmkəndlisi, 1973-cü il təvəllüdlü Cəfərov Əfqan Malik oğlunu söyüşə görə güllələyib.

Bildirilir ki, Ehtiram Hidayətov ustadır və fərdi əməklə məşğuldur. O, bir müddət əvvəl Əfqan Cəfərovun evində usta kimi işləyib. Lakin Ə.Cəfərov ustanın pulunun bir hissəsini verməyərək ona borclu qalıb.

Bu günlərdə Ehtiram Hidayətov xəstəlikdən əziyyət çəkən qızını növbəti dəfə İrana müalicəyə aparmalı olub. Maddi sıxıntılar yaşayan şəxs ona borclu olan həmkəndlisinə üz tutub və pulunu tələb edib. Bu zaman həmkəndlilər arasında mübahisə yaranıb.