“Dünya xalqlarının rəqsləri” adlı konsert proqramı keçirilib FOTO
Kriminal 05 Fev 2018 13:46:00 263 0
Fevralın 4-də Heydər Əliyev Sarayında Azərbaycan və Gürcüstan rəqs kollektivlərinin iştirakı ilə "Dünya xalqlarının rəqsləri" adlı konsert proqramı keçirilib.
Konsertdə azərbaycan, gürcü xalqlarının rəqsləri ilə bərabər, şərq və avropa xalqlarının rəqsləri də təqdim olunub.
Adəti üzrə bu konsertdə kimsəsiz uşaqlar, şəhid, veteran, əlil ailələrindən olan uşaqlar qayğı və diqqətdən kənarda qalmayıb. Sarayın rəhbərliyi tərəfindən onlara ön sıralardan təmannasız yerlər ayrılıb.
Mənbə: milli.az