Hindistanlı Dubedini Azərbaycan həbsxanasına gətirən səbəblər FOTO


Kriminal 05 Fev 2018 13:24:00 245 0

Hindistanlı Dubedini Azərbaycan həbsxanasına gətirən səbəblər  FOTO

Hindistanda benzindoldurm stansiyasında operator işləyən Meyrur Dubedi Azərbaycanda bir həftə həbsdə qalmalı olub.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb Dubedinin iş adı altında aldadılaraq Gürcüstana göndərilməsi və tranzit olaraq gəldiyi Azərbaycanda viza müddətinin başa çatmasıdır.

"Fillər ölkəsinin" Gucarat ştatının Vadodara şəhərinin sakini olan Dubedi günlərin birində evlərinin yaxınlığında fəaliyyət göstərən viza məsləhət xidmətinə baş çəkir. Xidmətin işçisi Bipin Maurya və onun arvadı Andjan Maurya Dubedini Gürcüstanda yaxşı maaşlı iş olduğunu deyib şirnikləndirirlər. Lakin Dubedi Gürcüstan əvəzinə Azərbaycana göndərilir.

Belə məlum olur ki, Andjan Murya Dubedinin arvadı ilə rəfiqə olub, o qadına bildirib ki, ərinə Gürcüstanda aylıq maaşı 60-70 min rupi olan iş düzəldə bilərlər. Dubedi bu vədə inanır, Bipin Maurya ona vəd edir ki, Gürcüstana viza və təyyarə bileti təmin edəcək. Dubedi inanır və ona pul verir. Ötən ilin iyun ayında Bipin Maurya Dubedi üçün Azərbaycan vizası alır və onu təyyarə ilə Bakıya göndərir. Bakıya çatanda Bipin Maurya Dubediyə zəng vurub deyir ki, gözləsin, onunla Gürcüstandan əlaqə saxlayacaqlar və həmin ölkəyə keçməsinə şərait yaradacaqlar.

Lakin xəbər çıxmır, 20 gün sonra Bipin yenə zəng vurur və deyir ki, Dubedi Dehliyə geri qayıtmalıdır, çünki Azərbaycan vizasının müddəti başa çatır. Dubedi geri qaydır, Dehlidə iki aya yaxın gözləyir. Sentyabr ayında Bipin onunla əlaqə yaradıb görüşür və deyir ki, Azərbaycan vizası hələ qüvvədədir. Və ona vəd verir ki, təyyarə biletlərinə görə 28 min rupi ödəsə Azərbaycana geri qaytara bilər.