PKKya göndərilən silah ələ keçdi VİDEO FOTO


Digərləri 05 Fev 2018 13:17:00 302 0

PKKya göndərilən silah ələ keçdi  VİDEO  FOTO

Suriyanın şimalında kürdlərin PKK, PYD və YPG terror qruplaşmalarına qarşı döyüşən Azad Suriya Ordusunun (ASO) tərkibindəki "Nurəddin əz Zingi" dəstəsinin üzvləri Afrin bölgəsinə giriş yolldarından birində iki yük avtomobilini saxlayıblar.

Son.az Milliyet-ə istinadən bildirir ki, mazut daşıyan sisternli avtomobillərdən birində odlu silahlar və güllələr, Volvo markalı yük maşınında isə qumbaraatanlar və stansionar zenit kompleksləri vardı.

Maşınlardakı giz saxlanc yerlərindən 22 RPQ-7 qumbaratanı, "Metis", "Metis-M" və "Faqot" tank əleyhinə raket kompleslərinin raket konteynerləri, "Kalaşnikov" avtomatları üçün güllə daraqları, M1919 Browning pulemyotları, sursat və güllələr aşkarlanıb.


Xəbərə aid fotolar