Azərbaycan Hesablama Palatası kadr potensialını gücləndirəcək


Digərləri 05 Fev 2018 13:08:00 269 0

Azərbaycan Hesablama Palatası kadr potensialını gücləndirəcək

Azərbaycan Hesablama Palatası kadr potensialının artırılması üçün xüsusi tədris mərkəzi yaradacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Hesablama Palatası haqqında" qanunun yeni redaktəsi ilə bağlı ictimai dinləmələrdə çıxışı zamanı Palatanın hüquq və kadr məsələləri şöbəsinin rəhbəri Nəsib Sadıqov deyib.

O qeyd edib ki, qanun layihəsi əvvəlkindən fərqli olaraq Hesablama Palatasının statusunu müəyyən edir: "Bundan başqa, yeni layihə Hesablama Palatasına maliyyə-büdcə nəzarətinin əhatə dairəsini genişləndirməyə, nəzarət üçün zəruri olan informasiyanın əldə olunmasını asanlaşdırmağa imkan verir. Layihədə həmçinin auditor nəzarətinin yeni üsulları müəyyən olunub".