Neymar 26 yaşını təntənəli qeyd etdi


İdman 05 Fev 2018 13:00:00 283 0

Neymar 26 yaşını təntənəli qeyd etdi

Braziliyalı hücumçu Neymarın 5 fevralda 26 yaşı tamam olub. Goal.az xəbər verir ki, "sambaçı" ad gününü Parisin prestijli "Pavillon Cambon" restoranında qeyd edib. Mərasimdə futbolçunun PSG-dən komanda yoldaşları Dani Alveş, Kilian Mbappe, Marko Veratti, Anhel Di Maria, Edinson Kavani, komandanın baş məşqçisi Unay Emeri, Luiz Qustavo, Qabriel Jezuş və 2002-ci ilin dünya çempionu Ronaldo iştirak edib. Ümumilikdə 150 qonağa dəvət göndərilib.

Neymar hazırda dünyanın ən bahalı futbolçusudur. PSG ötən yay onun transferinə 222 milyon avro xərcləmişdi.