"Atletico"nun kapitanı 3 dişini itirdi


İdman 05 Fev 2018 12:09:00 262 0

"Atletico"nun kapitanı 3 dişini itirdi

İspaniya Primerasının 22-ci turunda baş tutan "Atletico" - "Valencia" oyununda (1:0) meydan sahiblərinin kapitanı Diyeqo Qodin 51-ci dəqiqədə əvəzlənib. Goal.az xəbər verir ki, uruqvaylı müdafiəçi "yarasalar"ın qapıçısı Neto ilə toqquşmaqda üst çənədən 3 dişini itirib. Topu uzaqlaşdırmaq istəyən braziliyalı qolkiper bilmədən Qodinə xəsarət yetirib. "Atletico"nun digər müdafiəçisi Stevan Saviç isə 29-cu dəqiqədə zədələnərək meydanı tərk etməli olub.