Bakı məktəblisi Avropa çempionu oldu (FOTO)


Digərləri 05 Fev 2018 12:02:35 216 0

Bakı məktəblisi Avropa çempionu oldu (FOTO)

Paytaxt məktəblisi karate idman növü üzrə Avropa çempionu adına layiq görülüb.

Bakı. İlhamə İsabalayeva - Paytaxt məktəblisi karate idman növü üzrə Avropa çempionu adına layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 147 nömrəli texniki-humanitar liseyin IX sinif şagirdi Tale Yaqubov Rusiyanın Soçi şəhərində 14-18 yaşlı idmançılar arasında keçirilən 45-ci qitə çempionatında I yeri tutub. O, 63 kq çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq, qızıl medalla təltif olunub.