Moskvada qar yağışı yüzillik rekord müəyyənləşdirib


Dünya 05 Fev 2018 11:54:11 247 0

Moskvada qar yağışı yüzillik rekord müəyyənləşdirib

Qarın təmizlənməsi prosesinə hərbçilər də cəlb ediliblər

Həftəsonu Rusiya paytaxtı Moskvaya son yüz il ərzində ən yüksək miqdarda qar yağıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Moskva merinin müavini Pyotr Biryukov bildirib.

Məlumata görə, əlverişsiz hava şəraitinə görə, bir nəfər ölüb, yaralananlar var.

Moskvada və paytaxt ətrafında qarın təmizlənməsi üçün hərbçilər cəlb ediliblər. Şəhər rəhbərliyi insanları avtomobillərlə səyahət etməkdən çəkinməyə çağırıb, məktəbə getmək isə azad seçimdir.

Sinoptiklərin proqnozlarına görə, Moskvada qar yağışı bu gün zəifləyəcək.

Qeyd edək ki, fevralın 3-4-də Rusiya paytaxtına güclü qar və buz yağışı yağıb.