"Qəbələ"yə pula görə keçdiyimi etiraf edirəm"


İdman 05 Fev 2018 11:51:00 291 0

"Qəbələ"yə pula görə keçdiyimi etiraf edirəm"

Qış transfer pəncərəsində "Qəbələ"dən ayrılaraq Hollandiya Erediviziyasında mübarizə aparan "Herenven"ə keçən Deyv Bultuis açıqlama verib.

Goal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi "Qəbələ"yə maliyyə şərtlərinin yaxşı olmasına görə transfer olduğunu deyib:

"Azərbaycanda futbola həvəs azdır. Oyunlara 500-1000 azarkeş gəlir. Bu isə yaxşı göstərici deyil. Amma orada həyat gözəldir. Bakı gözəl şəhərdir və 7 ay paytaxtda isti olur. Azərbaycandakı futbol Qərbi Avropadakı oynadığımıza heç bənzəmir. Buna görə də Hollandiyaya döndüyüm üçün sevinirəm. "Qəbələ"yə sırf maliyyəyə görə keçmişdim. Bunu etiraf edirəm. Yalan danışmaq istəmirəm. "Herenven"ə döndüyüm üçün xoşbəxtəm. Bu addımıma görə peşman deyiləm".

Qeyd edək ki, Bultuis ötən yayda azad agent kimi "Nürnberq"dən “qırmızı-qaralar”a keçmişdi.