Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib


Siyasət 05 Fev 2018 11:05:19 225 0

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalyıb. 

"Report" xəbər verir ki, sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq imzalanıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunub və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.