Yol polisi sürücülərə xəbərdarlıq etdi


Digərləri 05 Fev 2018 10:51:00 187 0

Yol polisi sürücülərə xəbərdarlıq etdi

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi paytaxtda müşahidə olunan dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Son.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, hazırda paytaxtın bütün ərazilərində qatı duman müşahidə olunur:

"Yollarda məsafə görünmür. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xüsusilə yüksəklik olan ərazilərdə və yaxud görüntü zəif olan yollarda mütləq duman işıqlarından istifadə etməyi və minimum sürət həddi seçməyi, avtomobillər arasında ara məsafəsini normadan artıq saxlamağı tövsiyə edir. Sürücülərdən xahiş edirik ki, bu cür hava şəraitində daha diqqətli olsunlar".